Əlaqə Arxiv
news Image
2020.10.30
14:56
| A A A
Ali baş komandamızın qətiyyətli çıxışı bizə hər zaman qürur verir
Prezidentimiz İlham Əliyev bu yaxınlarda, Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına müsahibə vermişdir. Müsahibədə Ali baş komandan son zamanlarda baş verən müharibə ilə bağlı açıqlama vermişdir. Sentyabrın 27-dən etibarən baş verən döyüşlərdə hücuma keçən Ermənistan dövlətinin bir məqsədi olmuşdur, bu da danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar eyni hərəkəti iyul ayında da etmişdir. Həmin zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etmişdilər. Nəticə etibarilə, onlar acı məğlubiyyətlə üzləşdilər. Beləliklə, bu hücuma başlayan Ermənistan dövləti idi, biz də normal olaraq, özümüzü müdafiə etməli və cavab verməli idik. Cənab Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyri-şərtsiz və dərhal çıxarsın. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir. Prezidentimiz bildirmişdir ki, biz atəşkəsə hazır idik. Bildiyiniz kimi, Moskvada 3 ölkənin Xarici İşlər naziri görüş keçirmişdir. Hər iki dövlət arasında hümanitar xarakterli atəşkəs olmalı idi. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə - Gəncəyə raketlə hücum edərək dinc əhaliyə ağır zərbələr endirmişdir. Daha sonra ikinci dəfə Gəncəyə raket hücumu oldu və 15 insan qətlə yetirildi. Biz dinc əhaliyə heç zaman hücum etməmişik. Biz bunun qisasını əlbət alacağıq, lakin döyüş meydanında. Sonda, Ali baş komandanımız söyləmişdir ki, mən arzu edirəm ki, hərbi həll bu gün dayansın və biz danışıqlar masasına keçək. Əfsuslar olsun ki, bu hərbi yol çoxlu ziyan və qurbanlara səbəb olur. Danışıqlara nə qədər tez başlasaq, həll yolu bir o qədər tez tapılar. Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır. Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi Əliyeva Zenfira Taleh qızı
Sizin Reklam Yeriniz