Əlaqə Arxiv
news Image
2013.08.23
13:30
| A A A
ATƏT-in müşahidəçiləri avqustun 26-da Azərbaycana gələcəklər

Avqustun 26-da ATƏT-in qısa müddətli və uzun müddətli müşahidəçiləri Azərbaycana gələcəklər. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Targay bildirib.


Onun sözlərinə görə, Bakıya 30 nəfərlik uzunmüddətli müşahidə aparan, 180 nəfər qısamüddətli müşahidə aparan şəxslər gələcək.


K.Tarqay deyib ki, həmçinin 26 avqustdan etibarən 50-55 nəfərin fəaliyyət göstərəcəyi yardımçı ofisi fəaliyyətə baçlayacaq: "ATƏT-in Bakı Ofisi birbaşa seçkilərlə bağlı fəaliyyət göstərmir, bu səbəbdən yardımçı ofis yaradılacaq".

Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.

Sizin Reklam Yeriniz