Əlaqə Arxiv
news Image
2013.08.26
16:50
| A A A
İsveçrə Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlıdır

İsveçrə Azərbaycanla ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdirilməsində maraqlıdır. Mövqe.az-ın məlumatına görə, bu barədə İsveçrə Konfederasiyasının Federal Prezidenti Üeli Maurer Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfıri Əkrəm Zeynallı ilə görüşü zamanı qeyd edib.Bu barədə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyindən bildirilib.

Prezident Ueli Maurer ölkəsi ilə Azərbaycan arasında mövcud olan fəal siyasi dialoqu yüksək qiymətləndirərək, dost və tərəfdaş kimi gördükləri Azərbaycanla ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Prezident Maurer Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Davos Forumu çərçivəsində cari ilin yanvar ayında keçirdiyi görüşü məmnuniyyətlə xatırladıb.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə mövcud olan əməkdaşlığın hazırki vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafinda fikir mübadiləsi aparılıb.

Görüşdə İsveçrə Konfederasiyasının Federal Parlamentinin yuxarı palatası sayılan Kantonlar Şurasmın Sədri Filippo Lombardi də iştirak edib.

Sizin Reklam Yeriniz