Prezident müvəqqəti hökuməti təyin edəcək
Movqe.Az BBC-yə istinadən bildirir ki, Yunanıstanın Prezidenti Karolos Papoulias gələn ay keçirilməsi gözlənilən seçkilərdən qabaq müvəqqəti hökuməti təyin etmək üçün partiya liderləri ilə görüşməlidir.
Seçkilərin iyun ayının 10-u və ya 17-sində keçiriləcəyi gözlənilir.
Avropa Birliyinin rəsmiləri Brüsselin Yunanıstanın avrodan çıxışını sürətləndirdiyi kimi problemlərdən narahat olduqlarına görə,ölkəni xilas edə biləcək bir hökumət seçəcək.
BBC-nin Afinadakı müxbiri Mark Louen bildirib ki, valyuta məsələsi Avropa liderləri arasında açıq şəkildə müzakirə edilir.