Əlaqə Arxiv
news Image
2013.08.28
11:47
| A A A
Azərbaycandan Bolqarıstanın sabiq prezidentinə iş təklifi

Petar Stoyanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzində fəaliyyət göstərməyə dəvət olunub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının təklifi ilə Bolqarıstan Respublikasının 1997-2002-ci illərdə prezidenti olan Petar Stoyanov Mərkəzin Qəyyumlar Şurasında fəaliyyət göstərməyə dəvət olunub. Trend-in məlumatına görə, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib. Prezident Petar Stoyanovun Mərkəzin fəaliyyətinə və inkişaf etdirilməsinə böyük töhfə olacaqı bildirilir.


Prezident Petar Stoyanov cavab mektubunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasında dünyanın tanınmış simaları ilə birgə fəaliyyət göstərmək üçün dəvət olunduğundan xüsusi qürur duyduğunu və bunun Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə rəhbərlik etdiyi Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzi ilə yaranmış uğurlu əməkdaşlığın təbii davamıdır.


Biz dahi Azerbaycan şairi Nizami Gəncəvinin yaratdığı böyük ədəbiyyat xəzinəsindəki ümumbəşəri dəyərləri bölüşürük. İndiki dönəmdə heç zaman olmadığı qədər onun sülh, tolerantlıq, mədəniyyətlərarası dialoq kimi önəmli məsələlərdəki proqressiv ideyaları əhəmiyyət kəsb edir. Biz hamımız ondan öyrənməli və onun xəzinəsini gələcək nəsillərə çatdırmalıyıq.


Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının növbəti toplantısı sentyabrın 5-i Bakıda keçiriləcəkdir. Toplantıda Mərkəzin Həm-Sədirləri Prezident Vaira Vike-Freiberga və Dr. İsmail Seragəldin o cümlədən, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen, Səfir Valter Füst, Gürcüstan Universiteti Qəyyumlar Şurasının Sədri Dr. Giuli Alasaniya, Hollandiyanın sabiq Baş Naziri cənab Vim Kok və Qəyyumlar Şurasının yeni üzvü Prezident Petar Stoyanov iştirak edəcəklər.


Toplantıda Mərkəzin 1 illik hesabatı qəbul olunaraq növbəti fəaliyyət strategiyası müəyyənləşdiriləcək.

Sizin Reklam Yeriniz