Suriyada hərbi əməliyyatın müddəti 60 günlə məhdudlaşdırılıb
ABŞ Senatının xarici əlaqələr komitəsi Suriyada hərbi əməliyyatın müddətini 1 ay artırmaq imkanı ilə 60 günlə məhdudlaşdırılmağı təklif edir.
Mövqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Politico qəzeti dərc edib.
Həmçinin, senatorların təklif etdiyi qətnamə layihəsində yerüstü əməliyyatların aparılmasına qadağa qoyulub.
Qeyd edək ki, ABŞ Senatının xarici əlaqələr komitəsi qətnaməni artıq bu gün səsverməyə çıxaracaq, Nümayəndələr Palatası isə tam heyətlə sentyabrın 9-dan sonra məsələ ilə bağlı müzakirələrə başlayacaq.