ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri bölgəyə səfər etməyə hazırlaşır
ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Ceyms Uorlik yaxın vaxtlarda bölgəyə səfər etməyə hazırlaşır.
Mövqe.az-ın məlumatına görə, C. Uorlik bu barədə özünün "Twitter" səhifəsində yazıb. O bildirib ki, yaxın vaxtlarda münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirməyə başlamaq üçün Azərbaycana və Ermənistana gedəcək. O, Dağlıq Qarabağda da olacağını söyləyib.
Xatırladaq ki, C. Uorlik ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu həftə vəzifəsinin icrasına başlayıb.