ABŞ Hərbi Dəniz Qüvvələri Suriyaya zərbə endirməyə tam hazırdır
Aralıq dənizində olan ABŞ hərbi gəmiləri Suriyaya qarşı mümkün əməliyyata tam hazırdır.
APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz əməliyyatlarının rəhbəri admiral Conatan Qrinert bəyan edib.
Məlumatda qeyd olunur ki, gəmilər "mümkün əməliyyatların geniş spektrinə", o cümlədən "Tomaqavk" qanadlı raketlərin Suriyadakı hədəflərə buraxılmasına və mümkün cavab zərbəsini dəf etməyə hazırdır.