Əlaqə Arxiv
news Image
2021.07.23
17:23
| A A A
Dayanaqlı sülh naminə əməkdaşlıq

Azərbaycan Prezidenti İlham Əliyevin və Prezident Şarl Mişelin iyulun 18-də Bakıda keçirilən birgə mətbuat konfransı tarixi hadisəyə çevrildi. Dövlətimizin başçısı bəyanatında həmin məqamı dəyərləndirərək qeyd etdi ki,düşünürəm ki, Prezident Mişelin Azərbaycana səfəri bizim tərəfdaşlığımızın yaxşı göstərcisidir. Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Azərbaycan Prezidenti çıxışında xüsusi olaraq bir daha vurğuladı ki, bu illər ərzində qət olunan yol və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən iqtisadi layihələr münasibətlərdə etibarlı tərəfdaş olduğumuzun təsdiqi deməkdir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizi Aİ-nin payına düşür və ötən il bu göstərici 9,5 milyard ABŞ dolları təşkil edib. Ölkəmizin Avropa İttifaqına üzv dövlətlərə ixracat həcmi 6,8 milyard ABŞ dollarına bərabərdir və bu ölkələrin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı rola xüsusi diqqət ayırdı və bildirdi ki, mən, həmçinin əlavə etmək istərdim ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edirik. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası, həmçinin bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng "Şahdəniz-2" qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, uzun illərdir - artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. İndi sözsüz ki, qaz təchizatçısı kimi bizim potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir.

 

Üviyyə BAĞIROVA

Çaxırlı kənd tam orta məktəbin müəllimi

Sizin Reklam Yeriniz