Azərbaycan AŞPA-nın Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvlərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 11-də Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə Robert Uolterin başçılıq etdiyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Xüsusi Komitəsinin Seçkiqabağı Missiyasının üzvlərini qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın perspektivləri, ölkəmizdə prezident seçkilərinə hazırlıq və təbliğat kampaniyasının aparılması məsələləri müzakirə edilib.