1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.
15 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi.Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması,ərazinin böyüklüyü və humanizm göstərilmişdir.
Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir.Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.
Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
İlk insan məskənlərindən biri Kəlbəcər olmuşdur. Dördüncü geoloji dövr bu ərazidə ibtidai insanın yaranması və inkişafı dövrünə təsadüf edir. Bu dövr 4 milyon ildən çox insan tarixini əhatə edir.
Kəlbəcər ərazisində arxeoloqlar 30 min illik yaşayış məskənləri, 6 min illik qayaüstü təsvirlər, zibil formasında qədim türk əlifbası nümunələri aşkar ediblər. Bu ərazidəki daş abidələr Şimali Azərbaycanda erkən türkçülük, atəşpərəstlik, xristianlıq və 7-ci əsrdən başlayaraq islamın yüksəlişi dövründə inşa edilmişdir.
Kəlbəcərdə “Türk qəbiristanlığı” kimi tanınan bir neçə tarixi məzar var. Əlibəyli, Kəlbəcər, Zar və s. Kənd ərazisinin ən böyüyüdür. Qəbiristanlıqlar müxtəlif dövrlərdə tikilmiş, ölçüsü və forması müxtəlif olan at, qoç, sinə, qəbir daşları, baş daşları, günbəzlərlə doludur.
Günel Həmidova
Masallı Dövlət Regional Kollecinin tələbəsi