Əlaqə Arxiv
news Image
2022.06.12
15:08
| A A A
15 iyun Milli Qurtuluş günü

 

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki,
həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası
qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli
Qurtuluş Günüdür.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi,
siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması,
Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin
yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa
başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-
cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Heydər Əliyev
Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi əsasları,
infrastruktur təminatını, milli kadr potensialını formalaşdırdı. İnsanlarımıza milli
dövlətçilik düşüncəsini aşıladı. Hər bir azərbaycanlı özünü bəlli bir coğrafiyanın
gələcəyinə görə məsuliyyət daşıyan vətəndaş kimi dərk etməyə başladı. Ölkə üçün
gərəkli mütəxəssislərin hazırlanması məqsədilə 1970-1982-ci illər arasında və daha
sonralar minlərlə azərbaycanlı gənc məhz Heydər Əliyevin təşəbbüsü əsasında
keçmiş SSRİ-nin müxtəlif şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa
göndərildilər. Sadalananlar Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi
dövründə Onun siyasi iradəsi əsasında görülmüş işlərin yalnız məhdud bir hissəsidir
və bütün bunlar 80-ci illərin sonlarına doğru Azərbaycanın istiqlal mübarizəsi tarixinin
hərəkətverici qüvvəsi rolunda çıxış etdi.
Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə
Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin
sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz
ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın
iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata
keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim
İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin
çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
Ölkəmiz bu gün də öz əzəmətli bayramı Milli Qurtuluş gününü böyük qurur
hissi ilə qeyd edir, çünki buna mənəvə haqqı var. Qurtuluş günün mübarək
Azərbaycan!
 
Ceyhun  Soltanağaoğlu 

Masallı MRX İƏ söbəsinin mütəxəssisi

Sizin Reklam Yeriniz