Prezident İlham Əliyev Fizuli rayonuna 27 sentyabr tarixində səfər etmişdir.O, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılan abidəni ziyarət etmiş və qeyd etmişdir ki, Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd,Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidlərin məhz burada bu yerdə verildiyini bildirmişdir. Bu abidənin yanında düşmənin səngərinin yerləşdiyi,bu istiqamətdə beş-altı müdafiə xətti mövcud olduğunu. Azərbaycan əsgərinin, Azərbaycan zabitinin bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yararaq ölümün gözünə dik baxaraq getdiyini qeyd etmişdir. Sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalanmasını istəyirdilər.Onlar öz canlarını fəda edirdilər, Azərbaycan xalqı ləyaqətini bərpa olundu, ədaləti bərpa edildi və xalqımız öz torpaqlarına qayıtdı. Bizim xoşbəxt nəsil olduğumuzu bildirən Cənab Prezident bu şərəfli missiya bizim üzərimizə düşdüyü bildirmiş, hadisənin həm şahidləri, həm də iştirakçıları olduğumuzu vurğulamışdır. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Bu torpağın övladları döyüş meydanında öz haqqlarını bərpa edib düşməni məğlub edərək müzəffər xalq kimi, qalib ölkə kimi əbədi olaraq dünya tarixinə öz adlarını həkk etdilər.
Bu gün şəhidlərimizin əziz xatirələri yad edilir, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Düşmənə qarşı amansız olacağımız, dərhal hərəkətə keçəcəyimiz artıq hamımıza bəllidir.Cənab Prezident bildirmişdir; əminəm ki, buna ehtiyac olmayacaq,çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.
44 günlük Vətən müharibəsinin şanlı tariximiz olduğunu, Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşdiyi, düşməni doğma torpaqlarımızdan qovdğu bütün xalqımızın qürur mənbəyidir.Cənab Prezident çıxışlarında hər zaman qeyd edir ki, bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir, Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Biz ziyalılar da eyni zamanda fəxr edirik ki, torpaqlarımız işğaldan azad olundu dövlətimiz bu torpaqlara yenidən həyat verərək günü-gündən çiçəklənməsinə şərait yaradacaqdır.Yaşasın Azərbaycan.Qarabağ Azərbaycandır.
Arif Mehtiyev
Masallı rayonu, Bədəlan kənd orta məktəbinin müəllimi