Əlaqə Arxiv
news Image
2022.10.04
11:00
| A A A
Ulu Öndər Heydər Əliyevin Siyasi maraqları və xalqın iradəsini əks etdirən siyasi kursu


Milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan
dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer
tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa
xidmət mədəniyyətinə görə Heydər Əliyev tarixdə iz qoymuş dahi şəxsiyyətlərdəndir.
Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi XX əsrin 60- cı illərinin sonuna təsaduf
edir.1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü başlandı.
Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi
mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından
birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata
keçirməyə başladı. Bakı şəhərində geniş miqyasda quruculuq -abadlıq işləri aparıldı.Bu
illərdə Azərbaycan öz çiçəklənmə dövrünü yaşayırdı.
Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi ötən əsrin 90- cı illərinə təasadüf
edir.Yeni müstəqillik qazanmış Azərbaycanda siyasi böhran hökm sürürdü.Bir tərəfdən
də Qarabağ münaqişəsi ölkədə vəziyyəti pisləşdirmişdi.Ölkənin siyasi ehtiyacı var idi.
1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi
yarandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın
dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman ölkənin güclü bir
liderə ehtiyacı yarand Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini
bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki,
onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən,
qətiyyətli bir rəhbər çıxara bilər.
Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə
qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını
qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin
sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
həyata keçirməyə başlamışdı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti seçilmişdi. Heydər Əliyev 1993-cü il iyunun 15-
də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdı. 20 sentyabr
1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi”
Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının rəhninə çevrildi.
1998-ci il oktyabrın 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçirildiUlu
öndər Heydər Əliyev xalqın yüksək fəallığı şəraitində keçən seçkilərdə səslərin 76,1
faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Heydər Əliyevin ikinci dəfə seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması
qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna,
idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı.
Hal-hazırdaÜmumilli liderimizin bünövrəsini qoyduğu siyasi kursun davamını
İlham Əliyev uğurla davam etdirir Məhz buna gôrədir ki, artıq Azərbaycan siyasi arenada
öz sözünü deyə bilən güclü,demokratik dövlətə çevrilib
Babayeva Elanora
Masallı rayon N.Nəeimanov adına şəhər 2 saylı məktəbin tarix müəllimi

Sizin Reklam Yeriniz