Əlaqə Arxiv
news Image
2022.11.23
11:18
| A A A
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır.


Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. O, vaxt gənc
Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var
idi. Müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük
faciələrlə üzləşmişdir.Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi
yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə
götürmək böyük məsuliyyət tələb edən addım idi.
Ulu Öndər Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu
inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o, həmişə xalqa xidmət
edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi .Yeni
Azərbaycan Partiyasının təsis konfransından yeddi ay keçəndən sonra Heydər
Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən
sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ulu Öndər Heydər Əliyev ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20
Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələrək sovet hökumətini, Kommunist Partiyasını, uzun illər xidmət etdiyi partiyanı
ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır.Ulu Öndərin bütün tapşırıqları, bütün
tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü,
ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun
siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün
əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev
partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında bildirib.
“Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər
insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin
simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu
müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər.
Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan
Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir”, - deyə Azərbaycan Prezidenti,
partiyanın Sədri İlham Əliyev qeyd edib.
Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayən-
dənin iştirak etdiyini xatırladan YAP-ın Sədri vurğulayıb ki, onların tarixi qərarları
ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.
Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Gənc nəsil də milli ruhda
böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq məfkurəsinə sadiqdir.
Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik
tutub. Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin
həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə,
bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına
qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha
göstərək ki, biz böyük xalqıq.

Aycamal Bağırova

Masallı şəhəri, N.Nərimanov adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və
ədəbiyyatı müəllimi

Sizin Reklam Yeriniz