Əlaqə Arxiv
news Image
2023.05.26
17:21
| A A A
Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır


Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk
ölkələrdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin noyabr ayının 27-
də qurulub. 2007-ci ilin 3 aprel tarixində Litvanın Azərbaycanda, 6 sentyabr 2007-ci ildə
isə Azərbaycanın Litvada səfirliyi açılıb.Azərbaycan və Litva uzun illərdir ki, strateji
tərəfdaşdırlar.Ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə bu
əməkdaşlığın mahiyyətini əks etdirir. Bu gün Azərbaycan və Litva arasında güclü siyasi
əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq
mövcuddur.Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu
kimi işlər sürətlə gedəcək.
Mayın 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Litvaya rəsmi səfər
edib. Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva biznes
forumu keçirilib.
Bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı
ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara verilən əhəmiyyətin
göstəricisidir.
Birgə iqtisadi komissiyanın oynadığı rol biznes dairələrinin səylərini
əlaqələndirməkdən, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirməkdən və
tərəfdaşlıq üçün çərçivənin yaradılmasından ibarətdir.
Bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamlarının ölkələrimiz arasında
biznes əlaqələrinin inkişafında son dərəcə maraqlı olduqlarını qeyd edib: “İlk növbədə
2022-ci il mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva
biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların
mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulnası üçün yaxşı fürsət
olmuşdu. Bundan bir il sonra və cari ilin may ayının 22-də isə növbəti Azərbaycan-Litva
biznes forumu Vilnüsdə keçirildi.
Mayın 22-də Möhtərəm Prezidentimiz İlham Əliyev Vilnüs şəhərində keçirilmiş
Azərbaycan-Litva biznes forumunda da çıxış edərək bildirib ki, “Bu gün Litva və
Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Beləliklə, biz Xəzər və Baltik
regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür. Çünki biz Avropanın enerji
xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə
dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Eyni sözləri
daşımalara da aid etmək olar. Biz qonşularımız və tərəfdaşlarımızla yeni bağlantılar
yaratmışıq. Biz Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edirik. Xəzərdə
daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyuruq. Buna görə,
hesab edirəm ki, biznes dairələrə bu fürsəti dəyərləndirmək üçün münasib vaxtdır.
Yubanmaq lazım deyil, çünki birmənalı olaraq, çox böyük daşımalar imkanları, xüsusən
də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək.Həmçinin litvalı dostlarımıza
məlumat vermək istərdim ki, Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti
var və o, təbii sərvətlərə əsaslanır. Lakin hazırda, eyni zamanda, əsas hədəf
şaxələndirmədir. Düşünürəm ki, biz iqtisadiyyatımızı xeyli şaxələndirə biləcəyik və enerji
sektorundan asılılığı azaldacağıq. Baxmayaraq, enerji sektoru enerji təhlükəsizliyimizdə
və Avropanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynamağı davam etdirəcək.”
Həm də bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi
faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara verilən
əhəmiyyətin göstəricisidir. Yaradılmış birgə iqtisadi komissiya biznes dairələrinin səylərini
əlaqələndirmək, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirmək və
tərəfdaşlıq üçün çərçivə yaratmaq baxımından əhəmiyyətli rol oynayır.

Azərbaycan bu gün özünün inkişaf konsepsiyasına uyğun olaraq inkişaf edir və
dünyada tanınır. Ölkəmizin iştirakı ilə reallığa çevrilən beynəlxalq layihələr və tədbirlər
bunun əyani təzahürüdür.
Dostluğumuz əbədi və möhkəm olsun.

Əntiqə Tağıyeva
Masallı Tarix Diyarşünaslıq Muzeyi direktoru

Sizin Reklam Yeriniz