Movqe.Az bəzi media orqanlarına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin mayın 21-də hökumətin strukturu və tərkibi haqqında fərman imzalayıb. "Media forum" saytı xəbər verir ki, hökumətdə yeni qurumlar - Uzaq Şərqin İnkişafı və Açıq Hökumətlə Əlaqələr nazirlikləri yaradılıb. Yeni tərkibdə xarici işlər, ədliyyə və müdafiə nazirləri Sergey Lavrov, Aleksandr Konovalov və Anatoli Serdyukov öz postlarını saxlayıb.
Rusiya hökumətin yeni nazirləri bunlardır:
maliyyə naziri - Anton Siluanov
energetika naziri – Aleksandr Novak
iqtisadi inkişaf naziri – Aleksandr Belousov
əmək və sosial müdafiə naziri – Maksim Topilin
nəqliyyat naziri – Maksim Sokolov
idman naziri – Vitali Mutko
kənd təsərrüfat naziri – Nikolay Fyodorov
rabitə və kütləvi kommunikasiya naziri – Nikolay Nikiforov
regional inkişaf naziri – Oleq Qovorun
Uzaq Şərqin inkişafı naziri – Viktor İşayev
sənaye və ticarət naziri – Denis Manturov
ekologiya və təbii sərvətlər naziri – Sergey Donskoy
elm və təhsil naziri – Dmitri Livanov
mədəniyyət naziri – Vladimir Medinski
səhiyyə naziri – Veronika Skvortsova
fövqəladə hallar naziri – Vladimir Puçkov
daxili işlər naziri – Vladimir Kolokoltsev
açıq hökumətlə əlaqələr naziri – Mixail Abızov.