Əlaqə Arxiv
news Image
2012.05.28
12:38
| A A A
Əli Laricani yenidən İran parlamentinin spikeri seçilib

Movqe.Az xəbər verir ki, Əli Laricani İranda bu gün keçirilən IX çağırış parlamentin ikinci iclasında səsvermə zamanı parlamentin müvəqqəti spikeri seçilib.

Məlamata əsasən, səsvermədə 275 nümayəndə iştirak edib ki, onlarda 175 nəfəri Əli Laricaniyə və 100 nəfəri isə keçmiş spiker Qulaməli Həddad Adilə səs verib. Hazırda parlamentin iclasında rəyasət heyəti və spiker müavinlərinin seçilməsi üçün səsvermə davam etdirilir.

İran Parlamentində spiker hər il yenidən seçilir. 290 deputatın deputat mandatı təsdiqləndikdən sonra Parlamentdə spiker üçün yenidən seçkilər keçiriləcək və həmin seçkilərdən sonra seçiləcək spiker bir il müddətində bu vəzifədə çalışacaq.

Əli Laricani bundan öncə VIII çağırış parlamentdə 4 il spiker vəzifəsində çalışıb. Ötən gün İranda IX çağırış Məclisin (parlament) açılış mərasimi keçirilib. Açılış mərasimində ölkə Prezidenti Mahmud Əhmədinejad, yüksəkçinli hərbi komandirlər, müxtəlif nəzarət orqanlarının rəhbərləri və xarici dövlətlərin səfirləri iştirak ediblər.

Sizin Reklam Yeriniz