Əlaqə Arxiv
news Image
2014.05.01
19:33
| A A A
Milli maraqlara qənim kəsilən hüquq müdafiəçiləri
Aydın Hüseynov: Tahir Kərimli:

Məmməd Əlizadə: "Onların ermənilərlə əlaqələri gözlənilən idi"



Azərbaycanda qanunun aliliyi hakimdir. Ona görə də kimliyindən asılı olmayaraq, hər bir şəxs ifadə vermək üçün istintağa çağırılırsa, ona cavab verməlidir. Amma özlərini hüquq müdafiəçiləri, insan haqlarının carçıları adlandıran Leyla və Arif Yunuslar isə istintaqa gəlmək əvəzinə, ölkədən qaçmağa cəhd ediblər. Bundan başqa onlar həmçinin hesablarından külli miqdarda pul çıxarmaq cəhdində də bulunublar. Qeyd edək ki, Leyla Yunus hər dəfə saxta siyasi məhbus siyahısı hazırlamaqla dəfələrlə bəzi xarici dairələrin maraqlarına xidmət edən addımlar atıb. Bundan başqa özünün də bu günlərdə etiraf etdiyi kimi ermənilərlə əlaqədə olmaqda şübhəli bilinərək həbs olunan Rauf Mirqədirov da tez-tez Ermənistana məhz Leyla Yunus tərəfindən ezam olunub. Bütün bu kimi addımları ilə həmin şəxslər Azərbaycanın maraqlarına zidd hərəkətlər törədib, onun imicini ləkələməyə çalışıblar. Görəsən, Leyla və Arif Yunusların yuxarıda qeyd olunan əməlləri nədən xəbər verir və nəyin göstəricisidir?

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirdi ki, həmin şəxslərin sözügedən hərəkətləri onların birbaşa olaraq xəyanətin iştirakçıları olduğunu göstərir: "Leyla və Arif Yunuslar daima Azərbaycana zidd olan əməllərdə bulunublar. Sirr deyil ki, ölkəmizin uğurları və siyasi imicinin artmasından narahat olan xarici qüvvələr vardır. Azərbaycanda da bu şəxslər kimi bəziləri təəssüf ki, xarici qüvvələrin əlində bir alətə çevrilməklə, ölkəmizin uğurları və siyasi imicinə kölgə salmağa cəhd edən mərkəzlərin oyuncağına cevriliblər. Burada bir fakt da var ki, Leyla Yunus və Arif Yunus konkret olaraq ermənilərin maliyyələşdirdiyi dairələrlə əməkdaşlıq edir. Hər bir Azərbaycan vətəndaşında ikrah və qəzəb hissi doğuran da odur ki, bu şəxslər ermənilərlə əməkdaşlıq edir. Əlbəttə, onların bankdan pul çıxararaq xaricə getmək cəhdi, eyni zamanda, onlara tez-tələsik 5 illik viza verməklə xaricə qaçmalarına şərait yaradılması da çox müəmmalardan xəbər verir. Aydındır ki, həmin şəxslər Azərbaycana, dövlətimizə qarşı yönələn mərkəzlərin birbaşa oyunçuları və iştirakçılarıdır. Ona görə də onların ölkədən getmələrinin qarşısı hüquq-mühafizə orqanları tərəfindən haqlı olaraq alınıb. Digər tərəfdən, aprelin 28-də qanunun aliliyi və demokratiyadan danışan, prokurorluğa çağırılan Leyla Yunus gedib ifadə vermək əvəzinə, tələm-tələsik niyə qaçmağa cəhd edir? Hətta Rauf Mirqədiriv həbs olunan zaman anons da verib ki, onu da həbs edəcəklər. Bunlar onu göstərir ki, bu adamlar birbaşa olaraq xəyanətin iştirakçılarıdır və ona görə də ölkədən qaçmalarının qarşısı düzgün olaraq alınıb".

Vəhdət Partiyasının sədri Tahir Kərimli də Leyla və Arif Yunusların haqlı olaraq saxlandıqlarını söylədi: "Azərbaycanda istənilən təşkilatların fəaliyyəti üçün şəffaf hüquqi proseduralar lazımdır. Xaricdən maliyyələşən istənilən qeyri-hökumət təşkilatı mütləq müvafiq icra orqanlarında qeydiyyatda olmalı, hesabat verməli, vergi ödəməli, fəaliyyətləri şəffaf olmalıdır. Rauf Mirqədirov həbs olunan zaman Leyla Yunus bildirdi ki, onu mütəmadi olaraq Ermənistana özü ezam edib və o burada Sülh və Demokratiya İnstitutunu təmsil edirdi. Özünün bunu etiraf etməsi hakimiyyət orqanlarının onları saxlamasında, dindirmədə haqlı olduğunu göstərir. Rauf Mirqədirov barəsində ciddi mühakimə başlanıb, haqqında 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. Belə olan halda istənilən hakimiyyət orqanı, istənilən halda məsələni araşdırmalıdır, necə ki, hazırda bununla məşğuldurlar. Düşünürəm ki, bu adamların xüsusən də səfirliklər vasitəsilə xaricə çıxarılması cəhdləri diplomatik prosesi pozan məqamlardır. Bunlara da aydınlıq gətirilməlidir. ABŞ-ın belə addımı atmaqla hansı niyyətləri olub? Azərbaycan qanunlarına hörmətsizlik olmayıb ki? Bu kimi məsələlər də araşdırılmalıdır. Düşünürəm ki, məsələ hakimiyyət tərəfindən araşdırılaraq qanuni nəticəsini alacaq. Hakimiyyət buna müvafiq qiymət verəcək, hakimiyyətin obyektivliyinə də inanıramLeyla Yunusun arxasında Azərbayanı istəməyən qüvvələr dayanıb. Onun ABŞ, Böyük Britaniya, Fransadada bəzi dairələrlə ciddi əlaqələri var. Ona görə də haqlı olaraq hakimiyyət orqanları çox ehtiyatlı davranır, bəhanəyə əsas vermir. Əminəm ki, istintaq orqanları məsələni düzgün aparacaq".

Politoloq Məmməd Əlizadə qeyd etdi ki, istintağa gələrək ifadə vermək əvəzinə ölkədən qaçmağa cəhd etməklə bu şəxslər ermənilərlə əlaqəli olduqlarını, Azərbaycanın milli maraqlarına zidd addımlar atdıqlarını əyani şəkildə ortaya qoymuş oldular: "Hər bir şəxs kimliyindən asılı olmayaraq ifadəsinin alınması üçün istintaqa çığırılırsa, hökmən ora gəlməlidir. Xüsusən də daim qanunçılıqdan, insan haqlarından danışan Leyla Yunus kimi şəxslər bu çağırışa operativ olaraq cavab verməli idi. Ancaq göründüyü kimi, o istintağa ifadə vermək üçün getmək əvəzinə xaricə qaçmağa cəhd edib. Ümumiyyətlə, Leyla Yunus haqqında milli azadlıq hərəkatından üzü bəri Azərbaycanın milli dövlətçilik maraqlarına zidd olaraq atdığı addımlar göstərirdi ki, bir zaman gələcək o hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaq. Son günlər onun saxlanılan müddətdə özünü aparması, rəftarı da onu göstərir ki, bu şəxs nəinki Azərbaycanın özünə, onun dili, əxlaqı və mədəniyyətinə, mənəvi dəyərlərinə hörmət etməyən bir şəxsdir. Onların ermənilərlə əlaqələri də gözlənilən idi. Hələ Leyla Yunusun Müdafiə Nazirliyində işlədiyi müddətdə atdığı addımlar gözümüzün önündə baş verən məsələlərdir. Onun Azərbaycanın milli maraqlarına zidd addımları hər kəsi düşündürüb. Təsadüfi deyil ki, buna görə də Azərbaycan xalqı onlara nifrət bəsləyir. Bu insanlar qanun qarşısında cavablarını alacaqlar".

Sizin Reklam Yeriniz