Ermənistana qarşı niyə sanksiyalar tətbiq edilmir?
Cari ilin aprelinin 13-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin
birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunmuş iclasda ölkəmizin qarşısında duran
bir sıra mühüm məsələlərlə bağlı fikirlərini bildirən dövlət
başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə də
toxundu. Prezident İlham Əliyev başda BMT və ATƏT olmaqla bir çox
beynəlxalq təşkilatların konfliktlə bağlı davam edən ikili
standartlar siyasəti həyata keçirdiklərini, Azərbaycan torpaqlarını
işğal edən Ermənistan və qondarma "Dağlıq Qarabağ Respublikası"na
qarşı iqtisadi və siyasi sanksiyaların tətbiq edilmədiyini
vurğuladı. Prezident eyni zamanda qondarma rejimin nümayəndələrinin
xarici dövlətlərə səfər etməsindən bəhs edərkən qeyd etmişdi: "Nə
üçün qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbərləri
sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar
tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə
də biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz
səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin
rəhbərlərindən xahiş edirik ki, qondarma "Dağlıq Qarabağ
Respublikası"nın "rəhbərləri"ni öz ölkələrinə buraxmasınlar. Onlara
qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz
telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim
əleyhimizə istifadə edirlər. Onların "rəhbərləri"ni Qərbin aparıcı
ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada
"nümayəndəliklər" açırlar, gedib-gəlirlər. Nə üçün? Hesab edirəm,
vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq
şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu
qədər ədalətsizliyə dözmək mümkün deyildir".
Beynəlxalq hüququn prinsiplərinə etinasız yanaşma
Prezident İlham Əliyevin toxunduğu bu məsələyə nəzər yetirdikdə həqiqətən də Avropa dövlətlərinin bəzilərinin qondarma "Dağlıq Qarabağ Respublikası"nın nümayəndələrinə viza verdikləri, ölkələrində onların nümayəndəliklərinin açılmasına səssiz qaldıqlarını görmək mümkündür. Halbuki üzdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, sərhədlərin toxunulmazlığı, insan hüquq və azadlıqlarının pozulmaması kimi beynəlxalq hüququn fundamental prinsiplərini müxtəlif lokal, regional və beynəlxalq konfranslarda vurğulayan dövlət və hökumət başçıları öz fikirlərində sistemli bir yanaşma göstərmirlər. Bu da Azərbaycanın haqlı narazılığına səbəb olur. Təəssüf ki, konfliktin ilkin vaxtlarında BMT-nin qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin icrası hələ də təmin olunmayıb. Beynəlxalq birlik nədənsə bu qətnamələrin mövcudluğunu qəbul etsə də, onların icrasını Ermənistandan tələb etmir. Qeyd etmək lazımdır ki, qondarma "Dağlıq Qarabağ Respublikası" Xocalı hava limanını istifadəyə vermək istərkən də ABŞ-dakı ermənipərəst senatorlar bu təşəbbüsü dəstəkləyərək, Azərbaycanın haqlı olaraq buna etiraz etməsini insanların səyahət azadlığını məhdudlaşdırdığını bildirmişdi. Qəribə burasıdır ki, hələ İraq ABŞ tərəfindən işğal edilmədən İraqın şimalında "uçuşa qadağan edilmiş bölgə" təsis edilmişdi və yüz minlərlə İraq vətəndaşının öz ölkəsinin bir hissəsindən digər hissəsinə getməsi əngəllənmişdi. ABŞ və Avropa İttifaqı Suriya, İran və Belarusa iqtisadi və siyasi sanksiyalar tətbiq edərək bu dövlətlərin rəsmilərinin xaricə çıxışlarını da məhdudlaşdırmışdır. Bildirmək lazımdır ki, son zamanlarda Ukrayna böhranı müstəvisində Rusiyaya da bənzər sanksiyalar tətbiq edilir. Bu sanksiyalar hər hansı məhkəmə qərarı ilə deyil, ABŞ-ın istəyi ilə həyata keçirilir. Bu, dövlətlərin daxili hüququna və beynəlxalq hüquqa ziddir. ABŞ və tərəfdaşları bu cür sanksiyaları tətbiq edərkən guya bu dövlətlərin bölgə və beynəlxalq təhlükəsizliyi təhdid etdiklərini, terrorizmi dəstəklədiyini xüsusilə vurğulayırlar. Bu gün Ermənistan regional və beynəlxalq təhlükəsizliyə heç bir dəstək vermir. Ermənistan beynəlxalq terrorizmlə mübarizədə heç bir böyük dövlətləri dəstəkləmir. Ermənistan yeganə dövlətdir ki, bölgədə terrora dəstək verir və Azərbaycanın Dağlıq Qarabağ regionunda terrorizmi yayır, Cənubi Qafqaz bölgəsində sabitliyi və təhlükəsizliyə təhdid yaradır. Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağda narkotik, silah qaçaqmalçılığı, terrorist yetişdirməklə məşğuldur. Xatırladaq ki, 2011-ci ilin mart ayının 8-də Bako Saakyan Fransa Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar İnstitutunun Parisdə təşkil etdiyi "1994-cü il atəşkəsindən sonrakı 17 il: bu gün DQ nəyə nail olmuşdur?" adlı beynəlxalq konfransda iştirak edib. Konfransda məruzə edən Saakyan Dağlıq Qarabağ probleminin tarixinə, xarici siyasətinə və qondarma "DQR"-in beynəlxalq ictimaiyyət tərəfindən tanınması məsələlərinə münasibət bildirib. Qondarma "DQR"-in tarixi haqqında məruzə edərkən Saakyan məlum ifadələr işlədərək tarixi yenə də saxtalaşdırıb. Problemin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun və digər vasitəçi dövlətlərin mövqelərinə açıqlıq gətirən Saakyan problemin sülh yolu ilə həll olunmasından yana olduqlarını, ancaq bunun gerçəkləşmədiyi təqdirdə özlərinin müstəqilliyini və təhlükəsizliyini qoruyacaq bacarığa sahib olduqlarını bildirib. Digər bir fakt isə 2011-ci il 8 noyabrda Almaniyanın Köln şəhərinə səfər edən Saakyan həmin gün bu şəhərdə yaşayan ermənilərin nümayəndələri və iş adamları ilə görüşərək, qondarma "Dağlıq Qarabağ respublikası"nda həyata keçirilən müxtəlif sosial-iqtisadi proqramlar barədə məlumat verib. Keçirilən görüşlərdə Ermənistan və qondarma "Dağlıq Qarabağ Respublikası"nın problemləri müzakirə edilib və Köln erməni diasporasının bu problemlərin həll edilməsi istiqamətində görəcəkləri işlər barədə fikir mübadiləsi aparılıb. Səfər zamanı Ermənistan KİV-ləri Saakyanın AFR-in qanunvericilik orqanına səfəri və onun "bir qrup deputat və ekspertlə" görüşü barədə məlumat da yayıb. Məlumatın müəllifləri Ermənistan cəmiyyətini inandırmağa çalışırlar ki, guya həmin görüşdə "ikitərəfli münasibətlər" və "Azərbaycan-Qarabağ" münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə edilib. Məsələ ilə bağlı Almaniya Bundestaqının deputatı Karl-Georg Velman AzərTAc-a verdiyi müsahibəsində "Erməni tərəfinin verdiyi məlumatlar yanlışdır! Nə "deputatlar qrupu", nə də "ekspertlərlə" görüş keçirilmişdir. Eləcə də, heç bir "ikitərəfli münasibətlər" müzakirə edilməmişdir... Orada aydın şəkildə bildirmişəm ki, Almaniya Federativ Respublikası ilə ikitərəfli münasibətlərdən, eləcə də, hər hansı bir statusun tanınmasından söhbət belə gedə bilməz" deyərək bu anlaşılmazlığa aydınlıq gətirib. 2011-ci il noyabrın 10-da Saakyan İsveçrəyə, həmin ilin 17 noyabrında ABŞ-a səfər edib. Görüşlər zamanı, əsasən, qondarma "Dağlıq Qarabağ Respublikası"nın daxili-siyasi həyatı və iqtisadiyyatı ilə bağlı məsələlər və problemin nizamlanması məsələsi müzakirə edilib. Ötən il isə Bako Saakyan Fransa və ABŞ-a səfər edib, bu ölkədəki erməni diaspor nümayəndələri və siyasətçiləri ilə görüşüb. Bütün yuxarıda qeyd olunanlar təkcə qondarma rejimin nümayəndəsinin lobbiçilik və diaspora sahəsindəki aktivliyini deyil, eləcə də həmin dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartlar nümayiş etdirdiyini göstərir. Belə ki, bir çox hallarda tanınmamış, qeyri-leqal bir qurumun nümayəndəsi ilə müxtəlif dövlət şəxslərinin birbaşa və ya dolayı görüşləri və müəmmalı fikir mübadiləsi prosesləri baş verir.
Ermənistana qarşı siyasi və iqtisadi sanksiyalar tətbq edilməlidir
Qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən işğala məruz qalmış, 20 faiz torpaqları işğal edilmiş Azərbaycan öz səsini dünya ictimaiyyətinə daha intensiv şəkildə çatdırmalı, təbliğatı daha da gücləndirməli, Ermənistanın işğalçılıq siyasətini, terrorçuluq fəaliyyətini, təxminən 1 milyon insanın qaçqınlıq problemini Avropa dövlətlərinin və xüsusilə də ATƏT Minsk Qrupu həmsədr dövlətlərinin ictimaiyyətinə daha geniş şəkildə çatdırmalıdır. Bu arada Ermənistana iqtisadi və siyasi sanksiyalardan danışan zaman bu işğalçı ölkəyə qarşı gələcəkdə tətbiq edilə biləcək sanksiyalardan da danışmaq yerinə düşər. Zənnimizcə, ilk növbədə erməni lobbisinin xaricdə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıtmaq istiqamətində səylərinin qarşısı beynəlxalq birlik tərəfindən alınmalıdır. ATƏT-in Minsk Qrupunun üzvləri və həmsədr dövlətlər beynəlxalq hüququn prinsiplərinin real həyatda tətbiqinin üzərində çalışmalıdırlar. Qondarma soyqırımı və qondarma rejimin beynəlxalq təşkilatlarda və dövlətlərdə tanıdılması istiqamətində Ermənistan fəaliyyətindən çəkilməli və beynəlxalq təşkilatların bu məsələdə prinsipial mövqeyi olmalıdır,. Dağlıq Qarabağ münaqişəsində əli azərbaycanlı qanına bulanmış erməni dövlət rəsmilərinə qarşı Avropa İttifaqı, ABŞ və eləcə də Minsk Qrupu üzvləri olan dövlətlər viza sanksiyası tətbiq etməlidirlər. Hesab edirik ki, digər maraqlı bir məqam Ermənistanın regionda sahib olduğu Metsamor Atom-Elektrik Stansiyasının bağlanması istiqamətində region dövlətləri və beynəlxalq birliyin səy göstərməsinin vacibliyidir. Cənubi Qafqazda təhlükə ocağı olan Metsamor AES Ermənistan və bölgə üçün böyük texnogen qəzanın mənbəyidir. Bu istiqamətdə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin çağırışları da mühüm əhəmiyyət kəsb edir. Zənnimizcə, bu AES-in bağlanması Ermənistana qarşı iqtisadi müstəvidə tətbiq edilə bilən addımlardan biri ola bilər. Eyni zamanda Minsk Qrupunun həmsədr üzvləri konfliktin real həlli üçün mümkün variantlar üzərində işləməli və prinsipial yanaşma ortaya qoymalıdırlar. Təəssüf ki, bu gün həmsədrlərin aktivliyi yalnız internet üzərində qısa mesajların və fikirlərin yazılması ilə məhdudlaşıb.