Əlaqə Arxiv
news Image
2014.05.16
08:40
| A A A
Atəşkəsə nəzarət Minsk qrupundan alına bilər
Aydın Ağayev: " Bütövlükdə prosesin özü mürəkkəb məsələdir" Elşən Manafov: " Azərbaycan atəşkəsin monitorinqinin aparılmasının BMT və yaxud digər təşkilatlara həvalə edilməsi ilə bağlı məsələ qaldıra bilər

Cəbhə zonasında atəşkəs rejiminin monitorinqi bilindiyi kimi ATƏT tərəfindən aparılır. Amma 20 ilə yaxın aparılan monitorinqin bu günə qədər real bir nəticəyə yol açdığını da söyləmək mümkün deyil. Ermənilər bəzən gün ərzində bir neçə dəfə atəşkəsi pozur və buna görə də ATƏT tərəfindən hansısa cəza almırlar. Halbuki, bu pozuntu halları nəticəsində təkcə hərbçilər ox, dinc sakinlər arasında da ölən və yaralananlar olur. Hətta bəzən kiçik yaşlı uşaqlar da ermənilərin bu vəhşiliyinin qurbanı olurlar. Lakin monitorinq aparan qurum bu günə qədər onlara qarşı hər hansı bir real təzyiq mexanizmlərini işə salmayıb. Bu fonda isə haqlı olaraq ATƏT-in Monitorinq Qrupunun öz işinin öhdəsindən gələ bilmədiyi və yaxud gəlmək istəmədiyi təsəvvürü formalaşır. Eləcə də ATƏT-in Monitorinq Qrupunun üzərinə düşən işin öhdəsindən gələ bilməməsi, istər-istəməz, monitorinq prosesini başqa bir quruma həvalə etməyin vacibliyi məsələsini gündəmə gətirirMəsələn, bu məsələ BMT-yə həvalə edilə bilər.

Lakin Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev bunu mümkünsüz hesab edir: "Atəşkəsin monitorinqinin aparılmasının ATƏT-in Monitorinq Qrupuna həvalə edilməsi bütövlükdə Dağlıq Qarabağla bağlı danışıqlar sisteminin tərkib hissəsidir. Bütövlükdə barışdırıcılıq, sülh atmosferi yarada bilmək vəzifəsini qarşıya qoymuş sistemi saxlamaq, dəyişməməklə, onun bir hissəsini dəyişməyə cəhd etməyin heç bir mənası yoxdur. Bu mümkün deyil. Azərbaycanın bu kimi qurumlarla işləyən müvafiq orqanları var. Şübhə etmirəm ki, müvafiq qurumlar monitorinqin real nəticələr verməsi istiqamətində düşünür, mülahizələrini deyirlər. Yəni onlara aid olan işi görürlər. Burada hansısa bir nəticə yoxdursa, o, artıq ayrı məsələdir. Bütövlükdə prosesin özü mürəkkəb məsələdir".

Politoloq Elşən Manafov hazırki reallıqda monitorinqin aparılmasının başqa quruma həvalə edilməsinin real olmadığını bildirdi: "ATƏT-in Minsk qrupu bildiyiniz kimi, möcvud problemin tənzimlənməsi məqsədi ilə yaradılıb. Bir müddətdən sonra ATƏT-in Minsk qrupunun həmsədrlər institutunun təşkili ilə atəşkəs bölgəsində monitorinqin aparılması da məhz Minsk qrupuna tapşırıldı. Atəşkəsin mütəmadi pozulması ilə bağlı amillər təbii ki, Azərbaycan ictimaiyyətini narahat edir. Ona görə də Azərbaycan atəşkəsin monitorinqinin aparılmasının BMT və yaxud digər təşkilatlara həvalə edilməsi ilə bağlı məsələ qaldıra bilər. Bu halda, ancaq Ermənistan tərəfinin də bu məsələyə nə dərəcədə razı olub-olmaması məsələsinə aydınlıq gətirməliyik. Bununla bağlı Ermənistan tərəfinin mövqeyi fərqli də ola bilər. Bildiyimiz kimi, prosesin gedişində qeyri-konstruktiv mövqe sərgiləyən tərəf Ermənistandır. Danışıqların gedişatına, onun Madrid prinsipləri üzrə həllinə əngəl törədən də Ermənistandır. Ona görə də indiki reallıqlar şəraitində atəşkəs rejimi üzərində monitorinqin aparılması ilə bağlı prosesin başqa bir quruma tapşırılması, problemin mövcud reallıqları kontekstində mümkün deyil. Amma siyasətdə mümkün olmayan şey də yoxdur. Azərbaycan diplomatiyası monitorinq aparılması istiqamətində həyata keçirilən addımlarln uğursuz olduğunu nəzərə alaraq, hər halda onu başqa qurumlara tapşırmaq məsələsini qaldıra bilər. Zamanında Rusiya diplomatı Vladimir Kazimirovun bir məqaləsi dərc olunmuşdu. O bildirib ki, əslində, münaqişənin tənzimlənməsi istiqamətində əldə olunan uğur, ATƏT-in Minsk qrupu vasitəsi ilə deyil, Moskvanın vasitəçiliyi ilə əldə olunub. Rusiya istəyirdi ki, iki dövlət arasında təmas xəttində Moskva sülhməramlıları dayansın. Amma Qərb bu ehtimalı, yəni proseduranın Azərbaycan enerjisinin Qərbə nəqlində problemlər yarada biləcəyini nəzərə alaraq, müəyyən təzyiqlərlə sülhməramlıların ancaq Rusiyadan ibarət olmasının əleyhinə çıxdı. Bu mənada Azərbaycan ən azından BMT Təhlükəsizlik Şurasında, Avropa Şurası Nazirlər Kabinetində atəşkəsin pozulması məsələsini qaldıra bilər".

Sizin Reklam Yeriniz