Əlaqə Arxiv
news Image
2012.04.09
18:57
| A A A
Vergilər azaldılır?!
Gəlir vergisi dərəcəsinin 14 faizdən 12 faizə endirilməsi məqbul sayılır Ölkəmizdə investisiya vergi sistemin tətbiqinin gücləndirilməsinə ehtiyac olduğu da xüsusi vurğulanır

Bir neçə müddətdir ki, ölkə gündəmində olan əsas hadisələrdən biri vergi dərəcələrinin dəyişdirilməsi ilə bağıldır. Qeyd edək ki, ölkənin Vergi Məəlləsində ciddi dəyişikliklər edilməsi gözlənir və bu kontekstdə vergi dərəcələrininaşağı salınacağıın dair təxminən bir ildir media cameəsində məlumatlar gəzir. Bu prosesin yaxın tezlikdə reallaşması gözlənir. Belə ki, Vergilər Nazirliyi Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr layihəsi üzərində işi başa çadırır. Bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini Məhiyəddin Namazov da təsdiq edib. M.Namazov vurğulayıb ki, Vergi Məcəlləsində dəyişikliklər nağd hesablaşmaların məhdudlaşması və qeyri-nağd hesablaşmaların stimullaşmasına, müəyyən vergi dərəcələrinin dəyişməsinə yönəldiləcək. "Azərbaycan hökumət aprel ərzində dəyişikliklər və əlavələri müzakirə etməyi planlaşdırır. Layihə cari ilin aprelin sonu və ya da mayın əvvəllərində Milli Məclisə təqdim olunacaq".

Hesab olunur ki, məcəlləyə ediləcək dəyişikliklər heç bir halda vergi dərəcələrinin artımı ilə nəticələnməyəcək. Belə ki, islahatlar biznes mühitinin daha da yaxşılaşdırılması və onun normal vergi qanunvericiliyi ilə müşayət olunması məqsədi daşıyır.

EKspertlərin fikrincə, iqtisadi inkişafın dəstəklənməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, vergidən yayınmaların qarşısının alınması və digər istiqamətdə islahatların davam etdirilməsinə ehtiyac var. Bu baxımdan edilməsi planlaşdırılan dəyişikliklərdə mütəxəssislər elektron ticarətin inkişafı üçün bu sahənin əlavə dəyər vergisindən (ƏDV) azad olunmasını vacib sayırlar. Bu elektron ticarətin inkişafına yardım göstərməklə yanaşı onun daha da leqalaşdırılmasına səbəb ola bilər. Eyni zamanda əlavə dəyər vergisinin bir deyil "dəyişən dərəcələrinin" tətbiq edilməsi mühümdür. Əksər Avropa ölkələrində ƏDV standart deyil, bir neçə dərəcədə olur. Elə sferalar var ki, orada ƏDV-in faizi standart faizdən az olur. Azərbaycanda isə ƏDV-ə cəlb edilən bütün əməliyyatların hamısı eyni vergi dərəcəsi ilə -18 faizlə cəlb edilib. Halbuki, ƏDV-in faizi sektorlar üzrə fərqləndirilməsi qeyri-neft sektorunun inkişafını stimullaşdırar və vergidən yayınmanın qarşısını alıar.

Bunnula yanaşı ekspertlər bir sıra Avropa ölkələrində olduğu kimi rüblük bəyənnamələrin illik hesabatla əvəz edilməsini də dəyişikliklər zamanı nəzərə alınmasını təklif edirlər. Həmçinin belə fikirlər də səslənir ki, Vergilər Nazirliyinin yanında Müşahidə Şurasının yaradılması və həmin şuraya hökumət qurumlarının nümayəndələri ilə yanaşı biznes və vətəndaş cəmiyyətinin nümayəndələrinin cəlb edilməsi də vacibdir. Mütəxəssislər bir sıra vergi dərəcələrinin azaldılmasına da vacib sayır. Bildirilir ki, vergi dərəcələrinin sahibkarılığın inkişafında rolu əvəzsizdir. Belə ki, yüksək vergi dərəcələri sahibkarların sərəncamında qalan vəsaitlərin həcmini azaldır və onların likvidliyini aşağı salır. Artıq nəinki bəzi keçid ölkələrində hətta bir sıra inkişaf etmiş ölkələrdə də vergi dərəcələrinin azaldılması həyata keçirilir. Bu baxımdan təklif olunur ki, vergi dərəcələrinə 1 il müddətində azalmalar tətbiq olunsun. Əlavə Dəyər Vergisi 18 faizdən 17 faizə, sosial sığorta ayırmasının işəgötürənlərdən tutulan hissəsi 22%-dən 20 %-ə endirilsin. O cümlədən fiziki şəxslərin gəlir vergisində vergidən azad edilən hissəsi 200 manatadək artırılsın. Sadələşdirilmiş vergi fiziki şəxslər üçün nəzərdə tutulan illik maksimum məbləğ 90 min manatdan 120 min manatadək, hüquqi şəxslər üçün 150 min manatdan 200 min manatadək nəzərdə tutulsun.

İqtisadçılar qeyd edir ki, investisiya vergi sistemin tətbiqinin gücləndirilməsinə ehtiyac var. Ölkəmizdə investisiya vergilərinin tətbiqi son illər ciddi şəkildə müzakirə edilsə də bu sistemi real olaraq hələlik tətbiq etmək mümkün olmayıb. Qlobal böhranın neqativ təsirlərini azaltmaq məqsədi ilə bu vergi növünün tətbiq edilməsi məqsədə uyğun hesab edilir. Sistemin tətbiqi həmin güzəştdən istifadə etmək hüququ olacaq müəssisələrin sərəncamında əlavə vəsaitlərin qalmasına və təbii ki, onların inkişafını stimullaşdırmağa xidmət edəcək. Başqa tərəfdən yerli təkrar istehsalçıları dəstəkləmək üçün təkrar məhsulların istehsalı və təkrar ixracı üçün xaricdən alınan xammala hesablanan ƏDV-nin ödənilməsinə 1 il müddətinə güzəşt tətbiq oluna bilər. Digər məsələ gəlir vergisi ilə bağlıdır. Belə ki, Azərbaycanda gəlir vergisi dərəcələri MDB olkələri arasında ən yuksək dərəcələrdəndir. Məsələn, Rusiyada bu dərəcə 13 faiz, Ukraynada isə bu gostərici 15 faizdir. Hazırda birinci vergi səviyyəsi uzrə gəlir vergisi dərəcəsi 14 faizdir ki, bu da 2000 manata qədər olan gəlirə tətbiq olunur. İkinci səviyyə uzrə faiz dərəcəsi 30 faizdir ki, bu isə 2000 manatdan yuxarı olan gəlirə tətbiq olunur. Rəqəmlərdən göründüyü kimi, birincisi, vergi səviyyələri arasındakı fərq mühümdür; ikincisi, keçid həddi olduqca aşağıdır. Buna görə də, birinci səviyyə üzrə gəlir vergisi dərəcəsinin 14 faizdən 12 faizə endirilməsi məqsədəuyğundur. İnvestisiya qoyuluşu ilə bağlı mənfəət vergisinə güzəştlər edilməlidir. Təsisçilər tərəfindən müəssisənin inkişafı üçün investisiya qoyularsa, bununla yeni iş yerləri açılmaqla bərabər, dövriyyədə maliyyə vəsaitlərinin artırılması mümkün olar ki, bunun hesabına da son nəticədə mənfəət vergisi hesablanan zaman qoyulmuş investisiyanın müəyyən hissəsi qədər güzəşt tətbiq edilər.

Əsgər CAVADOV


Sizin Reklam Yeriniz