Əlaqə Arxiv
news Image
2015.07.16
12:40
| A A A
Rusiya telekanalı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib
Dojd" televiziyasının saytında Azərbaycanın işğal olunmuş əraziləri "Dağlıq Qarabağ Respublikası" kimi təqdim olunub

Rusiyanın "Dojd" telekanalı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib.

Movqe.az "Report"-a istinadən xəbər verir ki, televiziyanın saytında Azərbaycanın işğal olunmuş əraziləri "Dağlıq Qarabağ Respublikası" kimi göstərilib.

Saytın abunə bölümündə, yaşayış yerinin seçilməsi üçün tərtib olunan siyahıdakı dövlətlər arasında "DQR" adlı ölkə də var.

Qeyd edək ki, bu siyahıya Abxaziya və Cənubi Osetiyanın da adı daxil edilib.

Bununla əlaqədar "Report"un "Dojd" telekanalına ünvanladığı sorğuya hələ cavab verilməyib

Sizin Reklam Yeriniz