Movqe.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb. Kadırov hətta bununla bağlı həyat yoldaşı Medni Musayevnaya tapşırıq verdiyini və tapşırığına əməl edilməsə, ondan boşanacağını bildirib:
"İctimaiyyət qarşısında elan edirəm ki, bundan sonra mənim stolumun üstündə ölkədən kənarda istehsal edilmiş hər hansı məhsulun olması qadağandır. Həyat yoldaşım da qadağamı pozarsa, ondan boşanacağam".
Bu sözlərinə görə anası Aymani Nesiyeva tərəfindən tənqid olunan Ramzan daha sonra sosial şəbəkədə əlavə edib:
"Məni danladılar ki, bu sözləri niyə demişəm. Amma mən bildirirəm ki, ciddiyəm". Xatırladaq ki, Kadırov martda "iPhone" istifadəsindən də imtina etmişdi. O, rusiyalılara yerli məhsul olan "YotaPhone"dən istifadə etməyi məsləhət görmüşdü".