Əlaqə Arxiv
news Image
2015.07.24
14:10
| A A A
Türkiyədə İŞİD və PKK-ya qarşı əməliyyatlarda 251 nəfər saxlanılıb
13 rayonda əməliyyat aparılıb

Türkiyənin 13 rayonunda İŞİD və PKK terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatda 251 nəfər saxlanılıb. Movqe.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumət rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ölkə vətəndaşlarına və təhlükəsizlik qüvvələrinə qarşı silahlı aksiya həyata keçirən bir çox şübhəli şəxsi tutmaq üçün 13 rayonda əməliyyat aparılıb. Əməliyyatlar zamanı indiyədək terror təşkilatlarına mənsub ümumilikdə 251 nəfər saxlanılıb.

Sizin Reklam Yeriniz