Əlaqə Arxiv
news Image
2015.08.01
11:30
| A A A
Donald Tramp: Krım Avropanın problemidir

"Avropa bizim qədər şikayət etmir. Əgər Avropa gəlib bizə desə ki, "bizə sizin köməyiniz lazımdır", onda başqa msələ

ABŞ prezidentliyinə Respublikaçı namizəd, milyarder Donald Tramp deyir ki, rəsmi Vaşinqton yalnız Avropa dövlətləri xahiş edərsə Krım məsələsinə qarışa bilər. "Əks təqdirdə, Krım Avropanın problemidir", - deyə milyarder maqnat bildirib.

Bu barədə Movqe.az Amerikanın səsinə istinadən məlumat verir.

"Əvvəla bir şeyi başa salım – bu, bizdən çox Avropanın problemidir," deyə Tramp Şotlandiyada səfərdə ikən CNN jurnalistinə bildirib.

"Avropa bizim qədər şikayət etmir. Əgər Avropa gəlib bizə desə ki, "bizə sizin köməyiniz lazımdır", onda başqa msələ. Amma onlar bunu etmirlər. Onlar Rusiya ilə ticarət edirlər, ruslardan qaz alırlar, neft alırlar – onlar bizdən kömək diləmirlər. Biz isə bundan böyük bir məsələ çıxarmışıq."

"Axı niyə Almaniya bu məsələdə estafeti ələ almayıb?" deyə Tramp soruşub. "Almaniya kifayət qədər zəngin, qüdrətli ölkədir. Sanki hər şeyi Amerika etməlidir – sanki biz dünyanın polisiyik."

Sizin Reklam Yeriniz