Əlaqə Arxiv
news Image
2015.08.03
10:40
| A A A
Türkiyənin bəzi əraziləri müvəqqəti “hərbi təhlükəsizlik bölgəsi” elan edilib

Türkiyədə PKK terror təşkilatı tərəfindən törədilən terror aksiyaları və keçirilən hərbi əməliyyatlarla bağlı bir sıra ərazilər müvəqqəti olaraq "hərbi təhlükəsizlik bölgəsi" elan olunub.

 

Movqe.az-ın Türkiyənin Doğan Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün Ağrı, Şırnak, Tunceli valilikləri xüsusi açıqlama yayıblar.

 

Ağrı Valiliyinin açıqlamasında qeyd olunub ki, bölgədə terror olaylarının artması ilə bağlı Ağrı və Tendürek dağlarında hərbi əməliyyatların keçirilməsi planlaşdırılıb.

 

Valilik bu əməliyyatlarda mülki şəxslərin zərər görməməsi üçün həmin ərazinin 15 günlük hərbi təhlükəsizlik bölgəsi elan edildiyini açıqlayıb.

 

Şırnakda 9, Tuncelidə isə 14 bölgə ilə bağlı eyni məzmunlu açıqlama yayılıb. 

Sizin Reklam Yeriniz