Əlaqə Arxiv
news Image
2015.08.05
11:30
| A A A
İraqda İŞİD-in 56 terrorçusu öldürülüb
İŞİD-in ağır silah daşıyan 3 texnikası da məhv edilib

İraqın müxtəlif ərazilərində həyata keçirilən əməliyyatlarda İŞİD terror təşkilatının tərəfdarı olan 56 nəfər öldürülüb. Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ramadi şəhərinin rəsmisi Əli Davud bildirib.

O cümlədən, Ənbar Universitetinin ətrafında polislərlə İŞİD tərəfdarları arasında gedən döyüşlərdə 7 terrorçu öldürülüb.

Bundan başqa, ağır silah daşıyan 3 texnika məhv edilib. 

Bağdada yaxın ərazilərdə hava hücumları nəticəsində İŞİD-ə məxsus 4 avtomobil isə istifadəyə yararsız hala gətirilib.

Xatırladaq ki, İŞİD terror təşkilatı keçən ilin iyunun 10-dan Mosul və digər bəzi bölgələri ələ keçirdikdən sonra qarşıdurmalar bu günə kimi davam edir. İraq ordusu İŞİD-in ələ keçirdiyi əraziləri geri almaq üçün əməliyyatlar həyata keçirir. ABŞ rəhbərliyindəki koalisiya qüvvələri də İraq ordusuna havadan dəstək verir.

Sizin Reklam Yeriniz