Türkiyə və Rusiya xarici işlər nazirləri "İŞİD"ə qarşı birgə mübarizəni müzakirə edib
Görüş Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində baş tutub və 35 dəqiqə davam edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Malayziyada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 48-ci iclasında iştirakı çərçivəsində bu toplantıya qatılan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bu barədə Movqe.az "Anadolu"ya istinadən xəbər verir.
Görüş Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində baş tutub və 35 dəqiqə davam edib. Diplomatik mənbələrdən əldə olunan məlumata görə, görüş zamanı iki ölkə arasındakı hazırkı münasibətlərin səviyyəsi, Suriya ərazisində "İslam Dövləti" terror təşkilatına qarşı birgə mübarizə, eləcə də "Türk axını" layihəsi ilə bağlı məsələlər müzakirə olunub.