Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq
Görüşdə regionlararası məsələlər müzakirə ediləcək
"Bu ilin noyabr ayında Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq". Movqe.az "Report"-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.
O bildirib ki, görüşdə regionlararası məsələlər müzakirə olunacaq: "Eyni zamanda, üç ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi yolları da müzakirə mövzusu olacaq".