Azərbaycanda digər sahələr kimi mediaya da xüsusi diqqət və qayğı mövcuddur. Bunun ən real nümunəsini son illərdə görülən işləri xatırlamaqla əyani görmək mümkündür. Ümumiyyətlə, Azərbaycanın müstəqillik tarixində keçdiyi yolun bələdçisi olan mətbuata göstərilən diqqət və qayğı davamlılığı ilə diqqət çəkir.
Eyni zamanda o da ən mühüm məqamlardandır ki, jurnalistəlin hər bir probleminə, çətinliiynə dövlət başçısı reaksiya verir, onların həllində əməli addımlar atılır.
Azad mətbuatın inkişafına diqqət və qayğısını əsirgəməyən dövlət başçısının "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi də təbii qəbul olunmalıdır. "Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir" söyləyən dövlət başçısının media iəlbağlı həssaslığını nümayiş etdirən daha bir məqam avqustun 8-də Ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi prosesini şəxsən nəzarətinə götürməsi oldu. Təəssüfdoğurucu bu cinayət hadisəsəsinə yüksək səviyyədə reaksiya Prezidentin digər Azərbaycan vətəndaşları kimi jurnalistlərlə bağlı proseslərə həssas yanaşmasının növbəti bir göstəricisi oldu. Məhz onun bu işi şəxsi nəzarətinə götürməsi təbii ki, günahkarların daha tez tapılaraq cəzalandırılmasına öz təsirini göstərir.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bildirib ki, Prezident İlham Əliyev avqustun 8-də Ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub. Əli Həsənov onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırılması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, hadisənin baş vermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib. Azərbaycan Prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.
Burada digər önəmli faktor həm də ondan ibarətdir ki, Prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirib. Bu isə jurnalistələrə daha təhlükəsiz şəraitdə və azad fəaliyyət göstərmək imkanı yaradır.
Məhz bunların kontekstində aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının, həmçinin radikal müxalifət təmsilçilərinin məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdləri isə su bulandırmaqdan başqa bir şey deyil. Onların prosesin mahiyyətini varmadan, nəticəni gözləmədən cinayət hadisəsini siyasiləşdirməyə çalışırlar. Amma bununla daha bir çirkinliyə imza atdıqlarının fərqinə varmaq istəmirlər.
Yuxarıda qeyd olunduğu kimi Prezidentin şəxsi nəzarətinə götürdüyü olayda cinayətə yol verənlər öz cəzasını alacaq və artıq həbs edilənlər də var. Amma baş vermiş bu faciədən öz məqsədi üçün kampaniya aparmaq istəyənlər də bəd niyyətlərinə çatmayacaqlar. Onlara da yaxşı bəllidir ki, bu gün müstəqil Azərbaycan dövləti hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır. Əslində, başqa cür ola da bilməz. Medianın təmsilçiləri olanlar isə dövlətin, onun rəhbərinin yüksək qayğısı şəraitində üzərləriən düşən missiyanı daha böyük əzmkarlıqla yerinə yetirəcəklər.