Əlaqə Arxiv
news Image
2015.08.18
18:35
| A A A
Astanada Beynəlxalq Türk Xəbər Kanalının yaradılması ilə bağlı protokol imzalanıb (FOTO)

Azərbaycan Türkiyə, Qazaxıstan və Qırğızıstanın milli televiziya kanalları Astanada Beynəlxalq Türk Xəbər Kanalının yaradılması ilə bağlı protokol imzalayıblar.


Movqe.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, protokol Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclası çərçivəsində imzalanıb.


Tədbirdə ölkəmiz Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.


Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin məlumatına görə, növbəti tədbir Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.

Sizin Reklam Yeriniz