“İctimai Palatanın mitinqlərindən heç nə gözləmirəm”
İctimai Palatanın son vaxtlar keçirdiyi mitinqlərdən heç nə gözləmirəm. Bunu SalamNews-a müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov bildirib.
Eks-prezident, ümumiyyətlə, İctimai Palatanın keçirdiyi mitinqlər barədə məlumatı olmadığını və bu haqda danışmaq istəmədiyini söyləyib: "Siz bilirsiniz ki, mən bu barədə heç nə demirəm. Çünki yorulmuşam".
Xatırladaq ki, müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palata aprelin 22-də mitinq keçirəcəyini bəyan edib.