Əlaqə Arxiv
news Image
2016.01.03
09:30
| A A A
Yaxın Şərq planı deşifrə oldu

Türkmanlardan ibarət Suktan Murad bölüyünün komandiri Fehim İsa "Türkiye" qəzetinə açıqlamasında bölgəyə dair böyük bir planı de-şifrə edib.Movqe.az publika.az-a istinadən xəbər verir ki, türkman komandir İŞİD-in Suriyaya gəlməsinin arxasında Qərb və İran kəşfiyyatının maraqlarının olduğunu deyib: "Kobanidə bir müharibə başlatdılar və bu müddətsiz müharibədir. Halbuki, biz də, dünya gücləri də başqa yerlərdə müharibə aparmalı idik. Çünki nə PKK, nə də PYD Suriya xalqının yanındadır. Amma özlərini belə göstərmək üçün müharibə çıxartdılar. Burada PYD-ni dünyanın gözündə qəhrəman etdilər. İŞİD də İslamı çirkli göstərmək üçün fəaliyyətə keçdi. Başqa ölkələrdən bura gəlib döyüşənlər var. Onların çoxu öz ölkələrində bacarıqsız, cinayətkar, yaxud axtarışda olan insanlardır. Suriyadakı insanların çoxu da İŞİD-ə aclıqdan qoşulurlar. Çünki 5 ildir davam edən müharibədə hər şeylərini itirdilər. İŞİD onlara aylıq 200-300 dollar pul verir. Onlar da ac qalmamaq üçün İŞİD-ə qoşulurlar".Komandir qeyd edib ki, İŞİD-in Suriyada döyüşməsinin məqsədlərindən biri kürd dövlətinin yaradılmasına kömək etməkdir: "Fərat çayını qərb sahillərindən Azezə qədər olan bölgə boşdur. Buralar bütövlükdə türkman bölgəsidir. Buranı da Kobanidə etdikləri kimi Afrin bölgəsinə birləşdirəcəklər. Sonra Qərb ortaya çıxıb onlara dəstək verəcək, PYD İŞİD-i buradan çıxaracaq və yenə qəhrəman olacaq. Biz türkmanlar buna icazə verməyəcəyik". F. İsa əlavə edib ki, bütün dünya güclərinin Suriyada öz marağı var: "Rusiya Qərbin Suriyadakı planlarının nəticəsində bura gəldi. Onlar öz maraqlarını müdafiə etmək üçün döyüşürlər. Heç kim Suriya xalqını düşünmür. Bütün planlar məzhəb və mənfəət üzərinə qurulub".

Sizin Reklam Yeriniz