Əlaqə Arxiv
news Image
2016.01.08
11:00
| A A A
Yaponiya KXDR-ə qarşı sanksiyalara hazırlaşır

Yaponiyanın baş naziri Şinzo Abe BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaların gücləndirilməsi təklifi ilə çıxış edəcəyini bildirib. Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 7-də parlamentin yuxarı palatasında çıxış edən Ş.Abe KXDR-i hidrogen bombası sınağının keçirilməsi barədə bəyanatına görə kəskin tənqid edib. Baş nazir bu sınağı Yaponiyanın təhlükəsizliyinə qarşı ciddi təhdid kimi dəyərləndirib. O, Pxenyanın bu hərəkətini BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və nüvə silahının yayılmaması barədə beynəlxalq normaların pozulması kimi şərh edibŞ.Abe bəyan edib ki, həmin gün o, ABŞ prezidenti Barak Obama ilə telefon danışığı zamanı KXDR-in təhdidlərinə qarşı beynəlxalq ictimaiyyətin cavab addımlarına başçılıq etmək barədə razılığa gəliblər.

Sizin Reklam Yeriniz