Əlaqə Arxiv
news Image
2016.01.09
15:45
| A A A
İtaliya Senatında IV Qlobal Bakı Forumuna Yüksək Səviyyəli Hazırlıq Görüşü keçiriləcək

Yanvarın 26-28-də İtaliyanın paytaxtı Roma şəhərində IV Qlobal Bakı Forumuna Yüksək Səviyyəli Hazırlıq Görüşü keçiriləcək.Movqe.az APA-ya istinadən məlumat verir ki, tədbir İtaliya Senatında baş tutacaq.Tədbirin açılışında İtaliya Senatının Prezidenti Pietro Qrasso, Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev, Makedoniya Respublikasının Prezidenti Giorge İvanov çıxış edəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzin həmsədrləri- İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Sərageldin və Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqanın da toplantıda çıxışı nəzərdə tutulur. Toplantıda İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya,Ukrayna, Rumıniya, Moldova, Albaniya ,Serbiya və, Bolqarıstanın sabiq prezidentləri iştirak edəcək. Bundan başqa,  İSESKO-nun Baş direktoru Əbdüləziz Əl-Tuveyrcinin, habelə  bir sıra ölkələrin və beynəlxalq təşkilatların nüfuzlu siyasi xadimlərinin də tədbirdə iştirakı gözlənilir.Görüş çərçivəsində İtaliyanın sabiq Xarici İşlər Naziri Franko Frattini, Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev, Makedoniya Respublikasının Prezidenti Georgi İvanov, Latviyanın sabiq Prezidenti, NGBM-nin həmsədri Vayra Vike-Frayberqa, İsmayıl Səragəldin və İtaliya Senatının Prezidenti Pietro Qrassonun "Dinlərarası dialoq vasitəsilə radikallaşma və ekstremizmə cavab" mövzusunda çıxışları nəzərdə tutulur. Bundan əlavə, "radikallaşmanın mənbələri, zorakı ekstremizm və din amili" mövzusu ilə bağlı Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa, İtaliyanın sabiq prezidenti Georgio Napolitano, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqanın çıxış edəcəyi gözlənilir. Ümumilikdə, tədbirdə müasir dövrün aktual problemləri, radikallaşmanın qarşısının alınmasında dinlərarası dialoqun rolu və bu sahədə liderlərin fəaliyyətinin başlıca istiqamətləri, dinlərarası dialoqun qurulmasında qadınların rolu, qlobal idarəçilikdə liderlərin fəaliyyəti, ayrı-ayrı millətlərin və mədəniyyətlərin ümumi dəyərlərinin anlaşılmasında din amili və s. mövzularda müzakirələr aparılacaqXatırladaq ki, 2016-cı il mart ayının 10-11-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumu keçiriləcək. "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr olunan Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri də daxil olmaqla 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir. 

Sizin Reklam Yeriniz