Əlaqə Arxiv
news Image
2016.01.10
14:00
| A A A
Davudoğlu: "Terrorla mübarizəni başlatmasaydık, Türkiyə xaosa Sürüklənə bilərdi chr("39")

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AK Partiyanın Afyonkarahisarda edilən 24-cü Müşavirə və Qiymətləndirmə yığıncağında danışan Baş nazir Davudoğlu, terror təşkilatına istiqamətli əməliyyatlarla əlaqədar olaraq "Əgər biz terrorla mübarizəni başlatmamış olsaydıq, Türkiyə bu gün bəzilərinin bəzi mərkəzlərdə planlaşdırdığı bir xaosa sürüklənə bilərdi" deyib. Davudoğlu ölkədə baş verən teror aktlarından danışarkən xalqa bu sözlərlə çağırış edib: "Artıq siyasətin problemləri danışdığı və həllə qovuşdurduğu bir ölkə olmalıyıq. Iqtidarı, müxalifliyi bu çərçivədə hərəkət etdirməliyik. Biz AK Partiya olaraq ən başından bəri siyasətin yeganə həll ünvanı olduğunu müdafiə edirik və bu istiqamətdə hərəkət edirik . Ancaq bu ölkədə bəziləri, siyasəti problem çıxarmanın bir vasitəsi, siyasətin özünü problemli bir sahə halına gətirmənin səyi içindədir. Heç kim, heç bir seqment siyasət təşkilatının hökumətini kölgəyə salacaq, etibarsızlıq çıxaracaq bir tutum içində olmamalıdır. Hələ məclis damı altında olan siyasətçilərin buna çanaq tutması qəbul edilə bilməz. Terror təşkilatı spikerliyi ilə özlərinə siyasi bir gücü mütləq edəcəklərini düşünürlərsə, buradan bir dəfə daha ifadə edirəm, yanılırlar. Gün keçdikcə məşrutə yox olur. Belə edərək bu ölkəyə deyil, yalnız və yalnız özlərinə pislik edərlər çünki bu ölkəyə pislik etməyə kimsənin gücü çatmaz. Xəndəklər, çuxurları, barrikadaları müdafiə etdikcə qazdıqları çuxurlara özləri düşərlər ".

Sizin Reklam Yeriniz