Əlaqə Arxiv
news Image
2016.01.10
18:00
| A A A
Səudiyyə səfirliyinə hücumla əlaqədar Tehranın qubernator müavini vəzifəsindən azad edilib

Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücumla əlaqədar Tehranın general-qubernator müavini vəzifəsindən azad edilib, İran Daxili İşlər Nazirliyi krallığın Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücumları pisləyib. Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə,   İran DİN-nin nümayəndəsi Hüseyn Əli Əmiri bildirib ki,  Tehranın general-qubernator müavini Səfər Əli Baratlı səlahiyyətlərini vaxtında icra etmədiyinə görə İran daxili işlər naziri Əbdülreza Rəhmani Fəzlinin əmri ilə vəzifəsindən azad edilib.   Hüseyn Əli Əmiri, həmçinin, bu cür hadisələrin baş verməməsi üçün digər müvafiq qurumların da lazımi tədbir görməli olduqlarını bildirib.  Əli Əmiri hücumlarla əlaqədar 60-dək şəxsin şübhəli şəxs qismində saxlanıldığını və istintaqın başlandığını bildirib.  

Sizin Reklam Yeriniz