Əlaqə Arxiv
news Image
2016.01.14
11:30
| A A A
“Şarli Hebdo” yenə də məqsədini aşdı
Karikaturada Aylan Kurdinin böyüyəndə Almaniayda təcavüzçü ola biləcəyinə eyham vurulub.

Fransada nəşr olunan satirik "Şarl Hebdo" jurnalı növbəti dəfə qalmaqallı karikaturaya imza atıb. ANS PRESS-in məlumatına görə, nəşr bu dəfə Türkiyədə Bodrum sahillərində cəsədi aşkarlanan 3 yaşlı suriyalı mühacir Aylan Kurdini Avropadakı təcavüz hadisələri ilə əlaqələndirib."Riss" – Loren Sourissey (Laurent Sourisseau) imzalı karikaturada Aylan Kurdinin böyüyəndə Almaniaydakı təcavüzçülərdən biri ola biləcəyinə eyham vurulub."Qaçqınlar" başlıqlı karikaturada dairənin içində Aylan Kurdinin sahildə qalan cəsədi çəkilib və yanında, "Kiçik Aylan böyüyəndə nə oalcaqdı?" yazılıb. Bu sualın altında qaçan qadınları əlləri açıq vəziyyətdə qovan iki kişi çəkilib.

Karikaturanın altınsda isə fransız dilində əllə seksual xarakterli hərəkət edən mənasını verən "Tripoteur" – ifadəsi ilə "Almaniyada təcavüzçü" yazılıb.

"Şarl Hebdo"nun bu karikaturası sosial şəbəkələrdə kəskin etirazlarla qarşılanıb, jurnal irqçilikdə və islamafobiyada ittiham olunub.

"Şarl Hebdo" jurnalı bundan əvvəl də dəfələrlə müxtəlif qrupları, xüsusilə də müsəlmanları qıcıqlandıracaq karikaturalara imza atıb. Bu səbəblər bəhanə edilərək ötən il jurnalın binasında terror hadisəsi də törədilmişdi.

Sizin Reklam Yeriniz