Əlaqə Arxiv
news Image
2016.01.15
11:06
| A A A
“Bu mitinq ermənilərin əməllərinə cavab olacaq” - AÇIQLAMA
“Brüsseldə keçirilməsi gözlənilən Xocalı mitinqi Ermənistanın içüzünün açılması üçün böyük vasitə olacaq”

"Brüsseldə keçirilməsi gözlənilən Xocalı mitinqi Ermənistanın içüzünün açılması üçün böyük vasitə olacaq". Bu sözləri   Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti Sədri, Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü, Dr.Asif Kurban Brüsseldə gözlənilən Xocalı mitinqi ilə bağlı fikirlərini şərh edərkən bildirib. Onun fikrincə, XX əsrin böyük soyqırım aktı olan Xocalı hadisəsi Ermənistanın gercək üzünü əks etdirir: "Bu mitinq ermənilərin əməllərinə cavab olacaq. Brüssel Avropa Parlamentinin mərkəzi olduğu üçün, bu mitinqin böyük bir əhəmiyyəti var. Dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız iştirak edəcəklər". A.Kurban ermənilərin beynəlxalq güclərin əlində alət olaraq, Türk millətinə qarşı dəhşətli soyqırım siyasətini həyata keçirdiklərini xatırladıb. "XX əsrdə bir neçə dəfə belə hadisə baş verib. Əslində, dünya birliyinin bu günə qədər susqun vəziyyətdə olması Ermənistanın işğalçılıq siyasətinin davam etdirməsinə rəvac verib. Hazırda Ermənistan bölgədə vəziyyəti gərginləşdirməklə məşğuldur və əsassız olaraq işğal etdiyi Qarabağ torpaqlarından çıxmq istəmir".Xatırladaq ki,Dünya Azəbaycanlıları Konqresinin Xocalı soyqırımı ilə bağlı mitinqi 26 Fevral 2016-ci il tarixnində saat 14-16 arası, Avropa Parlamentinin qarşısında baş tutacaq. Avropanin bir sıra ölkələrindən soydaşlarımızın iştirakı gözlənilir.

Sizin Reklam Yeriniz