Əlaqə Arxiv
news Image
2012.11.19
12:37
| A A A
Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistana da ciddi ziyan vurub

Ermənistan İstehsalçılar və İş Adamları Birliyi baş nazirdən vəziyyətdən çıxmaq üçün kömək istəyiblər

Qərbin İrana qarşı sanksiyaları Ermənistana da ciddi ziyan vurur. APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sanksiyalar Ermənistanın xüsusən kənd təsərrüfatı və emaledici sənayelərə ciddi təsir edib.

Məlumata görə, Ermənistanın bir çox müəssisələr artıq öz fəaliyyətini dayandırıb. Bunun əsas səbəbi ondan ibarətdir ki, bu ölkəyə xammal əsasən İrandan gəlir, lakin sanksiyalar səbəbilə İranın özündə də istehsal prosesi zəifləyib. Ermənistandakı müəssisələrin sahibləri bildiriblər ki, başqa ölkədən xammal gətirmək üçün 30-40 gün gözləmək lazımdır, buna görə də malların qiyməti dəfələrlə artır, keyfiyyət isə əksinə azalır.

Ermənistan İstehsalçılar və İş Adamları Birliyi ölkənin baş naziri Tiqran Sərkisyana müraciət edərək, bu acınacaqlı vəziyyətdən çıxmaq üçün kömək istəyiblər. 


Sizin Reklam Yeriniz