"Hələ ortaq bir razılıq yoxdur."
Movqe.Az bildirir ki, Bu gün Kambocada ABŞ
dövlət katibi Hillari Klinton ilə görüşən Lavrov, görüşdən sonra
"Hələ ortaq bir razılıq yoxdur." ifadəsini işlədib. Fələstin-İsrail
arasındakı gərginliyə də toxunan Lavrov, "Bölgədə ən qısa zamanda
atəşkəs təmin edilməsi mövzusunda ABŞ ilə eyni fikirləri
paylaşırıq." deyib. Lavrov, Moskvanın Qəzza böhranında razılığa
gəlinməsindən sonra Orta Şərq dördlüyü ilə görüşməyi
planlaşdırdığını da bildirib. Rusiyanın atəşkəs təmin edilməsi üçün
həmas və İsrailli rəsmilərlə işlədiyini da dilə gətirən Lavrov,
Ərəb ölkələrinin cəhdlərini də dəstəklədiklərini qeyd edib.