Venesuela prezidenti Putinlə görüşəcək
Venesuela prezidenti Nikolas Maduro rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırdığını bildirib.
APA-nın məlumatına görə, o, bunu "Venezolana de Television" telekanalının efirində bəyan edib.
"Görüş hərbi, maliyyə, iqtisadi və digər sahələrdə sazişlərin həyata keçirilməsi məqsədi ilə keçiriləcək", - deyə N.Maduro bildirib. Məlumata görə, danışıqlarda həmçinin neft qiymətləri diqqət mərkəzində olacaq.