"Türkiyə-Rusiya münasibətləri düzələndən sonra məntiqi olaraq erməni məsələsi gündəmə gəlməli idi. Türkiyə öz tələbini irəli sürdü və Rusiya qəbul etdi. Ankara 5 rayonun Azərbaycana qaytarılmasını təklif edib. Moskva da bunu qəbul edib. Rusiya da erməni-türk münasibətlərinin normallaşması şərtini irəli sürüb. Türkiyə şərtlərinin qəbul ediləcəyi halda, bu tələblə razılaşıb". Bu fikirlərlə erməni politoloq Manvel Sarkisyan çıxış edib. Erməni politoloq Rusiyanın istəkləri qarşılığında Bakının şərtlərinin olduğunu bildirib. Ancaq yerli siyasilər
Siyasi şərhçi Cümşüd Nuriyev hesab edir ki, ermənilər Rusiyaya
təzyiq etmək istəyirlər ki, guya 5 rayon qaytarılsa, onlar
münasibəti pozacaqlar: “Eyni zamanda Ermənistanda Serj Sarkisyanı
sevməyən qüvvələr üçün siyasi addımdır. Onlar S.Sarkisyanın
hakimiyyətdən uzaqlaşmasına çalışırlar. Yəni, erməni müxalifətinin
gündəmə gətirdiyi məsələdir.
Ancaq 5 rayonun qaytarılması ilə bağlı Ermənistan rəhbərliyinin
konkret mövqeyi yoxdur. Rusiya isə hələlik bu məsələlərdə ikili
standartla fəaliyyət göstərir. ABŞ-ın dövlət Katibi Con Kerri də
Qarabağ probleminin həll olunmasının zamanının çatmadığını
bildirdi. Fransa da, onların “quyruğunda sürünür”. Yəni, ATƏT 23 il
ərzində heç bir iş görməyibsə, bundan sonra da nəsə edəcəyi
inandırıcı görünmür. Eyni zamanda Türkiyənin də problemi həll
edəcəyi inandırıcı deyil. Çünki, özünün hazırda kifayət qədər
problemi var. PKK problemi ilə yanaşı, Suriya ərazisinə girib. Ona
görə Türkiyə Qarabağ məsələsini gündəmindən çıxartmasa da, bu
dəqiqə əsas öz maraqlarını müdafiə etməklə məşğuldur. O baxımdan 5
rayonun qaytarılma ehtimalı əllinin-əlliyədir. Düzdür, cənab
Prezidentin “Dağlıq Qarabağa muxtar respublika verə bilər” anonsu
müəyyən mənada hansısa danışıqlar getdiyinə işarə edir.
Anlaşılandır ki, bu, nə vaxtsa baş verə bilər”.
Digər siyasi təhlilçi İlqar Vəlizadə bildirdi ki, bu, erməni
politoloqunun şəxsi fikridir: “Ancaq hadisələr elə inkişaf edib ki,
regionda Rusiyanın da maraqları dəyişib. O cümlədən Dağlıq
Qarabağla bağlı olan mövqeyi əvvəlkindən fərqlidir. 5 rayonun
qaytarılması söhbətləri bunun təzahürüdür. Rusiya-Türkiyə
ikitərəfli formatındakı danışıqlarda bu məsələ öz yerini alıb. Bu
mövzunu müzakirə edərkən güman ki, Türkiyə Azərbaycanın mövqeyini
ortalığa qoyub.
Azərbaycanın isə yalnız və yalnız bir tələbi var ki, rayonlar
tədricən də olsa, azad edilməlidir. Eyni zamanda digər ərazilərlə
bağlı danışıqlar aparılmalıdır. Türkiyə də bu mövqedən çıxış edir.
Çünki, Qarabağ münaqişəsində Türkiyə Azərbaycanı dəstəkləyir.
Türkiyə Ermənistana qarşı sərhədlərini bağlayıb. Yəni, münaqişənin
dondurulmuş vəziyyətdən çıxmasında Türkiyənin də rolu böyük olacaq.
Yaxşı ki, erməni cəmiyyəti bunu görür və dərk edir. Ancaq iş
burasındadır ki, həmişəki kimi ermənilər yaranmış vəziyyətdən
özlərinə uyğun istifadə etməyə çalışacaqlar. Ona görə də
torpaqların qaytarılması məsələsini ancaq zaman göstərəcək”.
Mübariz BAYRAMOV