Əlaqə Arxiv
news Image
2017.03.09
09:50
| A A A
Ermənistanın Rusiyadakı səfiri istefaya göndərilir

Ermənistanın Rusiyadakı səfiri Oleq Esayan martın 9-da istefaya göndəriləcək. Bu barədə “Jamanak” qazeti məlumat yayıb. Bildirilib ki, səfiri Vardan Toqanyan əvəz edəcək.

Vardan Toqanyan 2014-cü ildə almazların cilalanması ilə məşğul olan “Şoqakn” şirkətinin səhmdarı olub.

Qeyd edək ki, Ümumrusiya Dövlət Teleradio Yayım Şirkətinin siyasi verilişlərin aparıcısı Vladimir Solovyovun Yerevana gəlişindən sonra, Ermənistanın Rusiyadakı səfiri Oleq Esayanın istefası barədə məlumatlar yayılıb. Vladimir Solovyov mətbuat konfransında səfiri fəaliyyətsizlikdə ittiham edib. (Report)

Sizin Reklam Yeriniz