Azərbaycan turizm və səyahətlər sahəsində rəqabət qabiliyyətlilik indeksinə görə 140 ölkə arasında 78-ci yeri tutur.
Movqe.az-ın məlumatına görə, bu rəqəm Turizm üzrə Ümumdünya İqtisadi Forumunun hesabatında öz əksini tapıb. 2011-ci illə müqayisədə Azərbaycanın reytinq pilləsində mövqeyini yaxşılaşdıraraq 83-cü ildən 78-ci yerə qalxıb. Region dövlətlərindən Ermənistan 79-cu, Gürcüstan 66-cı yerdədir. Turizm və səyahətlər üçün ən yaxşı imkanların olduğu ilk üç ölkə İsveçrə, Almaniya və Avstriyadır.
Hesabata əsasən, Azərbaycan turizm və səyahətlərin normativ-hüquqi bazasının təşkili göstəricilərinə görə, 140 ölkə arasında 46-cı, biznes mühiti və infrastruktur sahəsində 87-ci, insan resurslarına, mədəniyyət və təbii resurslara görə 96-cı yerdədir