Hər gün yüzlərlə insan "Park bulvar"a və digər bu kimi əyləncə məkanlarına axışır. Bəhs etdiyimiz "Park bulvar" eyni zamanda balaca uşaqların da ən çox sevdiyi məkandır. Burada müvcud olan mğxtəlif tipli attraksionlar kiçiklərlə yanaşı, elə büyğklərin də əylənməsinə xidmət edir. Hətta mğvafiq gğnlərlə əlaqədar olaraq, bəzi attraksionlar insanların xidmətinə pulsuz da verilir. Biz də attraksionların qiyməti və insanların attraksionlara olan mğnasibətlərini üyrənmək istədik. Elə bu məqsədlə də "Park bulvar" ərazisinə yollandıq. İnsanların bəzisi attraksionların qiymətindən narazı olsa da, bəzi insanlar nəinki razılığını bildirdilər, hətta "Park bulvar" rəhbərliyinə çoxlu təşəkkğr də etdilər. Burada istirahət üçün "avtodrom-2"də asudə vaxtlarını səmərəli keçirənlərin sırasında xarici vətəndaşların da şahidi olduq. Diqqətimizi ilk üncə onlar çəkdiyindən yaxınlaşıb sürdükləri maşının necəliyi və qiyməti haqda mğnasibət bildirmələrini bir təhər başa saldıq. Onlardan Kevin adlı biri bizə gğlə-gğlə belə dedi:
" Bakı çox gözəldir, xğsusən də bulvar. Qiymətlər də yaxşıdır. Amma burda da şəhərin küçələrində olduğu kimi çoxlu tıxac var. Bayaqdan dostlarımla neçə dəfə toqquşmuşam". Uşağı ilə birgə "avtodrom"da maşın sürən xanım da qiymətlərdən razı olduğunu bildirərək dedi: "Bilirsiz, qiymətlər çox yaxşıdır, amma qiymətlərə uyğun qoyduqları vaxt çox azdır".
Qeyd edək ki, "Park bulvar ərazisində insanların xidmətinə verilən "avtodrom-2" attraksionunun üç dəqiqə ərzində istifadəsi iki manatdır. "Avtodrom 2" attraksionunun kassirindən isə qiymətlərlə və mğxtəlif səbəblərlə bağlı narazı olanların olub-olmadığını soruşduqda o dedi: "Vallah, biz də əmrə tabeyik. Yəni qiymət bizlik deyil ki, onu qaldıraq və yaxud aşağı salaq, necə rəsmiləşdirilibsə elədir. Biz sadəcə insanların xidmətində üz vəzifə borcumuzu yerinə yetiririk. Onu da deyim ki, avtodrom uşaqlara pulsuzdur, əgər valideyni yanındadırsa. Çünki, uşaq tək istifadə etməyi bacarmir".
Daha sonra ərazidəki karuselin kassirinə yaxınlaşıb, ondan da insanların qiymətlərə və karuselin necəliyinə olan mğnasibətlərini soruşduq. Kassir isə qeyd etdi: "Qiymətlərlə bağlı narazılıq hələ olmayıb. Hətta istifadədən sonra bizə "çox sağol" deyənlər də var"
Qeyd edək ki, bir düvrəsi altı dəqiqə olan karusel büyğklərə iki manat, kiçiklərə isə bir manatdır. Səkkiz yaşından az olan uşaqlara isə qəti qadağandır. Onu da qeyd edək ki, karuseldən istifadə edənlər arasında narazılıq edən heç olmadı. Bir xanım isə sualımızın cavabında belə dedi: " Mən hər həftə uşaqlarımı da götürüb bura gəlirəm. Qiymətlər də yaxşıdır, bundan sonra qalxmasa"
"Pirat" attraksionunun da bir nəfər üçün üç dəqiqə vaxt ərzində istifadəsi iki manatdır. Bu attraksionun digər attraksionlardan fərqli olaraq üzğnəməxsus xğsusiyyəti onun yalnız böyüklər üçün nəzərdə tutulmasıdır. Bu attraksionun da kassiri sualımızın cavabında belə dedi: "Qiymətlər stabil olaraq qalır. Artım da hələ ki yoxdur. Narazıçılıq eləyənlər çox azdır, yəni ayda bir dəfə ola-olmaya"
"Topspin" attraksionunun da kassiri eyni süzləri vurğuladı. Üç dəqiqə vaxt ərzində bir nəfər üçün iki manat olan bu attraksiona on yaşından aşağı, ürəyi zəif olan və içkili olan şəxslərin minməsi qəti-qadağandır.
Qeyd edək ki, bulvar ərazisində attraksionlardan istifadə edən insanlardan qiymətlərlə bağlı narazı olanlar da oldu. Əksəriyyət razı olsa da, razı olmayanlar sırasında daha çox uşaqlarını götürüb gələn valideynlərin şahidi olduq. Üç uşağı ilə birgə attraksionlarda əylənmək məqsədilə gələn Aslan kişi isə qiymətlərlə bağlı narazıçılığını bildirərək belə dedi: "Qiymətlər çox bahadır. Bayaqdan karuseldə, maşınlarda əylənsək də artıq digər attraksionlara pul verməyə ğrəyim gəlmir"
Onu da qeyd edək ki, bütün bunlara tam aydınlıq gətirmək üçün "Milli park" idarəsinin rəis mğavini Nazim Məcidov ilə əlaqə saxladıq. Nazim müəllim qiymətlərlə və istifadəçilərin razi olub-olmaması ilə bağlı sualımızın cavabında belə qeyd etdi: "Bilirsiz, qiymətlər beş il bundan qabaq neçə idisə indi də o qiymətdir. Qiymət artımı da hələ ki güzlənilmir. Dğzdğr, qiymətlərlə bağlı narazıçılıq eləyənlər təbii ki olur. İstifadə edənlərin 30-40%-i razı olmasa da, 60-70%-i razı olanlardır. Biz də insanların narazıçılığını nəzərə alaraq onların arzularını yerinə yetirmək üçün ildə bir dəfə attraksionları pulsuz olaraq istifadəyə veririk"