"Ötən il Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2009 -2013-cü illər üçün) çərçivəsində işlərin maliyyələşdirilməsinə 4,7 milyard manat vəsait ayrılıb".
Movqe.az-in məlumatına görə, bu barədə Baş nazir Artur
Rasizadə parlamentdə ötən ilin
yekunlarına dair hökumətin hesabatının müzakirəsi zamanı deyib.
"Azərbaycanda həyata keçirilən regionların inkişafı üzrə iki dövlət
proqramı öz müsbət nəticələrini verir. 2009-2012-ci illərdə dövlət
proqramı çərçivəsində işlərin yerinə yetirilməsinə 16 milyard
manatdan çox vəsait ayrılıb ki, bu da birinci dövlət proqramı
çərçivəsində bütün xərcləri 2,4 dəfə üstələyir", - Rasizadə qeyd
edib.
Onun sözlərinə görə, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi
inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsinə ümumilikdə
2,1 milyard manatdan çox vəsait cəlb edilib.
"Zaqatala, Balakən və Qaxda zəlzələnin fəsadlarının aradan
qaldırılması üzrə işlər çərçivəsində ötən ilin sonuna 2974 fərdi
ev, 19 məktəb və digər obyektlər tikilərək istismara verilib, 3
mindən çox ailə evlərin bərpa edilməsi məqsədilə maliyyə yardımı
alıb" , - Rasizadə qeyd edib.