Bakıda yeni piyada keçidi tikilir
Binəqədi rayonunda 179 saylı məktəbin qarşısında yeni piyada keçidinin tikintisinə başlanılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Mövqe.az-a verilən məlumata görə, keçidin qapalı boyu 52,4 m, eni 4,5 m, hündürlüyü isə 3,3 m olacaq.
Ərazidə mühəndis kommunikasiya qurğuları - rabitə və su xəttləri yerləşdiyi üçün adiyyatı qurumlara müraciət olunub. 35 m məsafədə qazıntı işləri həyata keçirilib. Yaxın günlərdə beton işlərinə start veriləcək.
Tikinti işlərinin yay aylarında başa çatdırlması nəzərdə tutulub.