Əlaqə Arxiv
news Image
2013.05.01
12:43
| A A A
Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların nəzərinə...

Baş Prokurorluğunun Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata əsasən Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların Azərbaycan Respublikasının Baş prokuroru ilə görüşü olacaqdır. Verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən cari il mayın 17-də saat 11:00-da Lənkəran rayon prokurorluğunun inzibati binasında Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcəkdir. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Lənkəran rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Sizin Reklam Yeriniz